Branimir Subaşiç 90 dəqiqə oynasa da...
10.05.2014 - 09:20
Branimir Subaşiç 90 dəqiqə oynasa da...

Millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” Superliqaya vəsiqə qazanmaq üçün Mersində ilk pley-off qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, “Mersin İdmanyurdu”nun qonağı olan Qara dəniz təmsilçisi görüşdən 1:2 hesablı yenilgi ilə ayrılıb.

Halbuki hesabda öndə olan tərəf “Orduspor” olub. Qonaqlar 2-ci dəqiqədə Ərən Özənlə hesabı açsa da, “Sivasspor”dakı çıxışları ilə tanınan Mehmet Yıldız və tunisli Uissem Ben Yahyanın qolları ilə mersinlilər qalib gəlib. Ardıcıl 3 oyunda qol vuran Subaşiç 90 dəqiqə meydanda olsa da, bu dəfə komandasına kömək edə bilməyib.

Qeyd edək ki, pley-offun digər qarşılaşmasında isə “Samsunspor” “Ankaraspor”u 1:0 hesabı ilə məğlub edib. Tərəflərin cavab qarşılaşması mayın 13-də baş tutacaq. “Orduspor” finala çıxmaq üçün 2-ci görüşünü Bakı vaxtı ilə saat 21:00-da keçirəcək.