Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" doğma divarlar arasında digər yarımmüdafiəçimiz Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor"la qarşılaşıb.
Matçın taleyini 1 qol həll edib. Manisa klubu rəqibini məğlub etməyi bacarıb - 1:0. Hər iki futbolçumuz meydana ilk “11-lik”də çıxıb. Serb əsilli azərbaycanlı futbolçu 66-cı dəqiqədə əvəzlənub. Subaşiçdən fərqli olaraq, Cavid sonadək oynayıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 13-cü, "Manisaspor" isə 23 xalla 15-ci pillədə qərarlaşır.