Millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” Superliqaya çıxmaq üçün pley-off mərhələsinin cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi ilk oyunda 1:2 yenildiyi “Mersin İdmanyurdu”nu bu dəfə doğma azarkeşləri önündə qəbul edib.
Subaşiç yenə 90 dəqiqə meydanda olub. Ancaq milliləşdirilmiş serbiyalı hücumçunun komandası 63-cü dəqiqədə rəqibin azlıqda qalmasından yararlana bilməyib. Halbuki finala çıxmaq üçün “Orduspor”a 1 qol kifayət edirdi. Əksinə görüşə əlavə olunmuş 6-cı dəqiqədə Güvən Varolun qolu Mersin təmsilçisinə qələbə qazandırıb. Beləliklə, Yılmaz Vuralın komandası finala vəsiqə qazanıb.
Qeyd edək ki, digər pley-off görüşündə “Ankaraspor” “Samsunspor”la 1:1 oynayıb. Beləliklə mayın 18-də “Mersin İdmanyurdu” “Samsunspor”la final görüşünə çıxacaq.
Branimir Subaşiçin Superliqa sevdası baş tutmadı
14.05.2014 - 08:42
0
0