Türkiyə PTT I liqasında XIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" "Adana Dəmirspor"un qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Serb əsilli azərbaycanlı hücumçu start heyətində yer alıb və 84-cü dəqiqədə əvəzlənib.
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Mbilla Etamenin formasını geyindiyi "Samsunspor" isə səfərdə liderlərdən olan “Osmanlıspor”la üz-üzə gəlib. Bu görüşdə də qalib müəyyənləşməyib - 0:0.
İlk “11-lik”də mübarizə aparan kamerunlu hücumçu 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovuub.
Qeyd edək ki, " Manisaspor " 13 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Samsunspor" isə 18 xalla 7-ci yerdədi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı