Branimir Subaşiçli “Manisaspor” qalib gəldi
06.01.2015 - 00:16
Millimizin sabiq hücumçusu Branimir Subaşiçin heyətində çıxış “Manisaspor” Türkiyə PTT I liqasının XVI turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, serb əsilli azərbaycanlı futbolçu evdə “Dənizlispor”la üz-üzə gəlib.
Qarşılaşmada Manisa təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Komandasının 3 xala sevindiyi görüşdə Subaşiç meydana ilk “11-lik” çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qələbədən sonra “Manisaspor” xalını 17-yə çıxarıb və turnir cədvəlində 1 pillə irəliləyərək, 17-cı sıraya yüksəlib.
0
0