Braziliya turizm naziri Vinisius Lajeşa hər adamdan 2,5 min dollar qazanmağa hazırlaşdıqlarını vurğulayıb. Apasport.az saytının məlumatına görə, bu, yekun nəticədə təxminən 3 milyard dollar təşkil edir.
Məmurun qiymətləndirməsinə görə, dünya çempionatını keçirən Braziliya şəhərlərinə 1,9 milyon insanın gələcəyi gözlənilir. 1,8 milyon insan bu və ya digər formada dünya çempionatı ilə bağlı olan tədbirlərdə iştirak edəcək. Onların xərci müvafiq olaraq 1,8 milyard və 1,2 milyard dollar təşkil edəcək. Söhbət həm yerli, həm də xarici turistlərdən gedir.
Braziliya hökuməti daha çox mundialın oyunlarını izləyəcək 300 min turistə ümid edir. Lajeş onların ölkədə olduğu müddətdəki xərcini 2,5 min dollar dəyərləndirib: “Bilavasitə oyunlara baxmaq üçün gələn turistlər ən vacib auditoriyadır. Onlar hamıdan çox xərcləyirlər”.