Braziliya polisindən turistlərə xəbərdarlıq: Soyğun zamanı müqavimət göstərməyin
13.05.2014 - 19:59
Braziliya polisindən turistlərə xəbərdarlıq: Soyğun zamanı müqavimət göstərməyin

 

 

Braziliya polisi dünya çempionatının oyunlarını izləmək üçün ölkəyə gələcək turistlərə xəbərdarlıqla çıxış edib. Apasport.az saytının məlumatına görə, qanun keşikçiləri turistlərdən soyğun zamanı qışqırmamağı, müqavimət göstərməməyi, mübahisə etməməyi, ümumiyyətlə baş verənlərə reaksiya verməməyi xahiş edib.

 

Bundan əlavə, turistlərə gecə vaxtı gəzməmək və bahalı əşyalar taxmamaq da tövsiyə olunub. San-Paulu şəhərinin polisi bunu ölkədə cinayətkarlığın səviyyəsinin çox yüksək olması ilə əlaqələndirib. Braziliyada qətlin reytinqi hər 100 min nəfərə 25,2 nəfərdir. Şəhərlərin bəzi rayonlarına isə hətta polis qüvvələri belə girməyə cəsarət etmir.