Braziliya yığması tarixində ən böyük məğlubiyyətlə üzləşdi
09.07.2014 - 02:10
Braziliya yığması tarixində ən böyük məğlubiyyətlə üzləşdi

 

Braziliya yığması dünya çempionatının yarımfinalında Almaniya millisinə 7:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, bu, Braziliya millisinin tarixində ən böyük məğlubiyyət olub.

 

Braziliyalılar sonuncu dəfə 1998-ci ilin dünya çempionatı zamanı böyük hesablı məğlubiyyətlə üzləşiblər. O zaman onlar finalda Fransa yığmasına 3:0 hesabı ilə məğlub olublar.

 

Buna qədər Braziliya yığmasının ən iri hesablı məğlubiyyəti 1920-ci ilə təsadüf edirdi. O zaman braziliyalılar dünya çempionatında Uruqvaya 6:0 hesabı ilə yenilmişdilər.