Braziliya yığmasının avtobusuna hücum edildi
27.05.2014 - 21:36
Braziliya yığmasının avtobusuna hücum edildi

 

Futbol üzrə Braziliya yığmasının oyunçularını aparan avtobus hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, insident “pentakampeonların” Rio-de-Janeyroda qaldıqları otelin yaxınlığında baş verib.

 

Nümayişçilər avtobusu mühasirəyə alaraq, ona mundialin keçirilməsinə etiraz edən şüarlar yapışdırıblar. Xoşbəxtlikdən, daha ciddi insident baş verməyib. Etiraz aksiyası iştirakçıları hesab edirlər ki, ölkədə böyük sayda insan kasıblıq həddində yaşadığı bir zamanda, dünya çempionatının keçirilməsinə həddən artıq böyük məbləğ sərf edilib.

 

Gözlənildiyinə görə, turnirin keçirildiyi dövrdə belə aksiyalar müntəzəm olaraq keçiriləcək.