Braziliya yığmasının futbolçusu rəsmən “Fənərbaxça”da!
08.07.2015 - 09:24
“Fənərbaxça” yay transfer dönəmində daha bir transfer həyata keçirib. Apasport.az saytı xəbər verir ki, Türkiyə klubu braziliyalı yarımmüdafiəçi Jozef de Souza ilə güclənib.
İstanbul nəhəngi “Sao Paulo”nun üzvünü transfer etdiyini rəsmən bəyan edib. Ötən ildən Braziliya millisinə də çağırılan 26 yaşlı oyunçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Onun transferinin türklərə hansı qiymətə başa gəldiyi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, “Fənərbaxça” Jozef de Souzaya qədər Simon Kyaer, Fernandao, Luiş Nani, Abdulaye Ba və Fabianonu transfer etmişdi.
0
0