Braziliya yığması dünya çempionatları tarixində daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Kamerun millisinə qalib gələrək qrupda birinci olan Braziliya mundiallarda qrupu dalbadal 9 dəfə birinci yerdə başa vurur.
Sonuncu dəfə “sambaçılar” 1978-ci ildə qrup mərhələsində ikinci olublar. O zaman birinci yeri Avstriya, üçüncü və dördüncü yerləri isə müvafiq olaraq İspaniya və İsveç tutub. Braziliya həmin çempionatda bürünc qazanıb.
Son dünya çempionatının ev sahibi 1994 və 2002-ci illərdə dünya çempionu titulunu qazanıb, 1998-ci ildə isə finalda Fransaya məğlub olub.