Sofiya MOİK-inin futbolçusu Marsinyo Azərbaycana gəlməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı braziliyalı yarımmüdafiəçi ölkəmizdən aldığı təklifə “yox” cavabı verib.
Bunu hücumameyilli orta sahə oyunçusunun özü açıqlayıb. Tam adı Marsio de Souza Qreqorio Junior olan cənubi amerikalı indiki klubunda xoşbəxt olduğunu iddia edir: “Etiraf edim ki, başqa kluba keçidim mümkündür. Lakin mən özüm MOİK-də qalmaq istəyirəm. Burada xoşbəxtəm. Hər şey klub rəhbərliyi ilə gələn həftə başlayacaq görüşümdən asılıdır”.
O, Azərbaycanla yanaşı, Rusiya və Türkiyə klublarından da aldığı təkliflərdən imtina edib.
Qeyd edək ki, 2013-cü ildən MOİK-də oynayan futbolçu bunadək Cənubi Koreyada da legioner həyatı yaşayıb.