“Liverpul”un baş məşqçisi Brendan Rocers klubla yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilənin müddəti və şərtləri açıqlanmır.
Rocers “Liverpul” kimi komanda ilə müqavilənin uzadılmasının böyük etibar və şərəf olduğunu vurğulayıb: “Mən 2 il müddətində qurduğumuz komanda ilə işi davam etdirməyə xoşbəxtəm. İndi yeni mərhələ başlayır və onun daha uğurlu olacağına ümid edirəm. Məni dəstəkləyən və futbola mənim gözümlə baxan klub sahiblərinə və rəhbərliyinə minnətdaram. Nəhayət, gördüyümüz bütün işlərin gözü olan azarkeşlərə minnətdaram. Mən belə komanda ilə hər gün işləməyə xoşbəxtəm və azarkeşlərin dəstəyi sayəsində “Liverpul”u yeni zirvəyə qaldıracağıq”.
Qeyd edək ki, Rocers “Liverpul”a 2012-ci ildə gəlib. Komanda onun başçılığı altında çempionatda ikinci yeri tutub və Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.