Bu dəfə Salmanovla Əsgərov
16.01.2014 - 16:09
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmalarda Anar Salmanovla Elvin Əsgərov ədaləti oruyacaq.
FİFA referimiz İsveçrə təmsilçisi “Arau”nun Ukrayna “Metallurq”u (Ukrayna) ilə görüşünün baş hakimi olacaq. Elvin Əsgərov isə Ukrayna “Qoverla”sı ilə qazaxıstan “Spartak”ının oyununda fit çalacaq.
Qeyd edək ki, yanvarın 13-də hazırlığa başlayan ədalət təmsilçilərimzi bu günə qədər 7 oyun idarə edib.
0
0