Almaniyanın “Bavariya” klubu iyulun 11-də azarkeşlər üçün açıq məşq keçirəcək. Apasport.az saytının məlumatına görə, “Alyans Arena”da baş tutacaq məşqi 70 min azarkeşin izləyəcəyi bildirilir.
Klubun rəsmi saytından verilən açıqlamaya görə, əvvəlcə münhenlilərin yeni transferləri Duqlas Kosta, Sven Uilrayx və Coşua Kimmix azarkeşlərə təqdim ediləcək.
Sonra isə komandanın məşqi baş tutacaq. Qeyd edək ki, bu məşqdə milli komandalardan qayıtmış futbolçular Bastian Şvaynştayqer, Manuel Noyer, Mario Götze, Jerom Boatenq, Mexti Benatia, Levandovski və digər oyunçular da iştirak edəcəklər.
“Bavariya”nın məşqi bitdikdən sonra isə münhenlilərin keçmiş futbolçuları ilə Milan “İnter”inin ulduzları arasında dostluq qarşılaşması baş tutacaq.