Buffon: İtaliya sürpriz edə bilər
29.05.2014 - 00:38
Buffon: İtaliya sürpriz edə bilər

 

İtaliya yığmasının kapitanı Canluici Buffon dünya çempionatında 1/4 finalın onlar üçün minimum məqsəd olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, qapıçı bu mərhələyə çatdıqları halda turnirin onlar üçün uğurlu olduğunu söyləyə biləcəklərini deyib.

 

Buffon eyni zamanda onu da vurğulayıb ki, dünya çempionu titulunu almayan komanda tam mənada razı qala bilməz: “Bu gün əminliklə deyə bilmərəm ki, İtaliya millisi finala kimi irəliləyə bilər. Amma bir şey dəqiqdir ki, bizim yığmamız son zamanlar vahid kollektivə çevrilib. İndi biz sürpriz edə bilərik. Turnirin favoritləri Almaniya, Argentina, Braziliya və İspaniyadır. Amma İtaliya İngiltərə və Uruqvaydan daha irəliyə gedə bilər”.