İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffon futbolçu kimi son arzusunu açıqlayıb. Apasport.az xəbər verir ki, İtaliyada 2014-cü ilin ən yaxşı qapıçısı seçilən veteran oyunçu DÇ-2018-də iştirak etmək arzusundadı.
37 yaşlı qolkiper dünya futbol tarixinə düşmək niyyətindədi: “Dünya çempionatına hələ 3 il vaxt var. Özümü qoca hiss etmirəm, amma mən də futbolçuyam. Bu işi görmək üçün doğulmuşam. Əgər 2018-ci ildəki mundiala yollansam, o zaman 6 dünya çempionatında iştirak etmiş ilk futbolçu olacam. Bu, möhtəşəm göstərici olar. Adrenalinə və gərgin oyuna öyrəşmişəm”.
Qeyd edək ki, Canluici Buffonun arzusu yerinə yetsə, o, 40 yaşında mundiala yollanmış olacaq.