Bundesliqa klubunun azərbaycanlı rekordçusu - FOTO
08.02.2014 - 11:05
Bundesliqa klubunun azərbaycanlı rekordçusu - FOTO

Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniyanın “Fortuna” klubunda rekord vurub. Apapsort.az saytının məlumatına görə, U-21-in milliləşən legioneri Düsseldorf təmsilçisinin qış fasiləsində keçirdiyi yoxlama matçlarında hamıdan çox meydanda olub.

 

Erat 8 yoxlama oyununda 582 dəqiqə oynayıb. Bununla da hücumçumuz aş məşqçi Lorens Günter Kostnerin ən çox güvəndiyi futbolçu olub.

 

II Bundesliqa klubunun 30 oyunçusu arasında hamıdan öndə olan Erat ən yazın izləyicisini böyük fərqlə qabaqlayıb. Belə ki, ikinci olan çexiyalı Martin Latka 495 dəqiqə oynayıb. Bu oyunçu təxminən 1 il əvvəl “Neftçi”nin maraq dairəsində olsa da, sonda Almaniyaya yollanmışdı.