Bundesliqada azərbaycanlılar üz-üzə gəldi
08.02.2015 - 23:08
Bu gün Almaniya II Bundesliqasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun heyətində çıxış etdiyi “Karlsrue” yığmamızın digər futolçusu Toğrul Eratın şərəfini qoruduğu “Fortuna”nı qəbul edib.
Matçda qalib müəyyənləşməyib. Hərəyə 1top vuran komanldalar meydandan “sülh bağlayıb” - 1:1.
Dmitri meydana 63-cü dəqiqədə, Toğrul isə 87-cı dəqiqədə çıxıb.
Qeyd edək ki, “Karlsrue” hazırda 34 xalla 3-cü pillədə, “Fortuna” isə 32 xalla 6-cı yerdə qərarlaşır.
0
0