Burak Yılmaz: İdealım Hakan Şükürdür
28.05.2014 - 22:36
Burak Yılmaz: İdealım Hakan Şükürdür

 

“Qalatasaray”ın müqaviləsini uzatdığı futbolçusu Burak Yılmaz klubun televiziyası vasitəsilə açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, hücumçu klub başqanı Ünal Aysala və “Qalatasaray” camiəsinə təşəkkür edib.

 

Yılmaz futbol oynamağa başlayandan Hakan Şükürü özünə ideal seçdiyini bildirib: “İdealım Hakan Şükür olub. Hakan abinin yolunu davam etdirmək istəyirəm. Bizim məqsədimiz Çempionlar Liqasında qalib gəlməkdir. Tədricən bu hədəfə doğru irəliləyirik. Bu, qısa müddətli hədəf deyil. Biz bu il hər 3 gündən bir oyun keçirirdik. Çempionlar Liqasında oynayırdıq, Türkiyə kubokunu qazanana qədər 10 oyun keçirtdik. Çox səhvlərimiz, uğursuzluqlarımız oldu. İnşallah hər bir şəxs üzərinə düşəni etsə, məqsədimizə çatacağımıza inanıram”.