“Biz dopinqlə mübarizə aparırıq, qadağan edilmiş preparatların üzə çıxardılmasının yeni metodlarını hazırlayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın birinci katibi Canni İnfantino deyib.
Qurum rəsmisi futbolda dopinqlə aktiv mübarizə aparıldığını bildirib: “Bioloji pasportlar daxil olmaqla, qanın müxtəlif testləri götürülür. Biz Rusiya da daxil olmaqla, bütün klublara nəzarət edirik. Əgər kimsə hiylə işlətməyə çalışacaqsa, onda bu aşkar ediləcək. Bəlkə, bu, başqa idman növlərində işləyir, amma futbolda belə şey yoxdu”.
Xatırladaq ki, bir neçə gün əvvəl alman telekanalında “Məxfi dopinq: Rusiya qələbələrə necə nail olur” adldı sənədli film göstərilmişdi. Filmdə Rusiyada dopinqin problemlərindən danışılmışdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı