Türkiyə kubokunda qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə çıxış edən Azərbaycan təmsilçilərinin klublArı da yarışda növbəti matçlarına çıxıb.
A qrupunda çıxış edən “Qaziantep BB” öz meydanında “Tuzlaspor”la qarşılaşıb. Qonaqların 3:2 hesabı ilə qalib gəldiyi matça start heyətində çıxan Vaqif Cavadov görüşü əvəzolunmadan keçiribsə, Rəhman Hacıyev fasilədə əvəzlənib. Ufuk Budak isə bu qarşılaşmada iştirak etməyib.
B qrupunda çıxış edən “Manisaspor” səfərdə “Akhisar”a eyni hesabla uduzub. Start heyətdə yer alan Branimir Subaşiç 58-ci dəqiqədə əvəzlənib.
H qrupunda mübarizə aparan “Giresunspor” səfərdə “Konyaspor”a qalib gəlib – 2:1. Ayaz Mehdiyev bu qarşılaşmada iştirak etməyib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək