Cavid İmamverdiy oynadı, Ayaz Mehdiyev yenə "Girəsunspor"a lazım olmadı
07.12.2014 - 23:35
Türkiyə PTT I liqasında XII turun oyunları keçilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" Ayaz Mehdiyevin formasını geyindiyi "Girəsunspor"la üz-üzə gəlib.
Oyunda qonaqlar 1:2 hesablı qələbəyə sevinib.
Komandasının uduzduğu matçda Cavid start heyətində yer alıb və 66-cı dəqiqədə Atilla Yıldırımla əvəzlənib. Ayaz isə yenə "18-lik”də belə yer almayıb.
Qeyd edək ki, 12 turdan sonra turnir cədvəlində 16 xalla "Elazığspor" X, 13 xalla "Girəsunspor" XI pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0