[b]Cavid İmamverdiyev 80 dəqiqə oynadı, komandası 3 xal qazandı[/b]
15.12.2014 - 00:16
[b]Cavid İmamverdiyev 80 dəqiqə oynadı, komandası 3 xal qazandı[/b]

Türkiyə PTT I liqasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Cavid İmamverdiyevin formasını geyindiyi "Elazığspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.

 

Matçda təmsilçimizin komandası 2:0 hesablı qələbəyə sevinib. Start heyətdə yer alan Cavid oyunun 80 dəqiqəsində Hakan Bilgiçlə əvəzlənib.

 

Qeyd edək ki, "Elazığspor" 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.