Cavid İmamverdiyev oynadı, komandası xal itirdi
05.01.2015 - 23:15
Türkiyə PTT I liqasında XVI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” doğma azarkeşləri önündə “Adanaspor”la üz-üzə gəlib.
Qarşılaşmada hesab açılmayıb və matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə yarımmüdafiəçimiz meydana ilk “11-lik”də çıxıb və sona qədər də mübarizə aparıb.
Qeyd edək ki, “Elazığspor” hazırda 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.
0
0