Cavid İmamverdiyevsiz “Elazığspor” uduzdu
27.12.2014 - 20:15
Cavid İmamverdiyevsiz “Elazığspor” uduzdu

Türkiyə PTT I liqasında XV turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, günün açılış mtçında “Kayserispor” doğma publika önündə “Elazığspor”u qəbul edib.

 

Görüşdə meydan sahibləri minimal hesablı qələbəyə sevinib – 1:0.

 

Qeyd edək ki, “Elazığspor”un formasını geyinən Cavid İmamverdiyev bu görüşdə oynamayıb. Türkiyə klubundan ayrılmaq istəyən təmsilçimiz bir neçə gündü komandadan gedib. Onun sabiq komandası “Neftçi”yə qayıtmaq məsələsi gündəmdədi.