Edin Dzeko əvvəlki klubuna qayıdır
03.04.2015 - 21:07
Bu mövsüm Almaniya Bundesliqasında uğurla çıxış edən “Volfsburq” daha bir ulduz futbolçu ilə anlaşmaq istəyir. Apasport.az saytının məlumatına görə, “yaşıl-ağlar” indi də “Mançester Siti”nin ulduzu Edin Dzekoya “elçi düşüb”.
Almaniya mətbuatında yayılan xəbərlərdə bosniyalı ulduzun keçidi üçün 10 milyon avronun ödənilə biləcəyi açıqlanıb. Dzekonun son zamanlar klubunda daha az meydana çıxması məlumatın doğruluğunu bir qədər də artırır.
Qeyd edək ki, Dzeko 2011-ci ildə məhz “Volfsburq”dan “Mançester Siti”yə transfer olunub.
0
0