Futzal üzrə Avropa çempionatında yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən yarışın finalçıları müəyyənləşib.
Eyni hesabla başa çatan yarımfinal qarşılaşmaları maraqlı mübarizə ilə əlamətdar olub. Belə ki, hər iki matçda minimal fərqli nəticə qeydə alınıb. 6 qat Avropa çempionu İspaniyanın Rusiya ilə görüşünün taleyi isə əlavə vaxtda həll olunub. Ümumilikdə 7-ci, ardıcıl 5-ci titul qazanmaq iddiasında olan pireneylilər 2 il əvvəl finalda məğlub etdikləri Rusiya ilə bu dəfəki görüşün əlavə vaxtında məğlub olub – 3:4.
Digər matçda da pireneylilər uduzan tərəf olub. Portuqaliya yığması İtaliyaya uduzub. 4:3 hesablı qələbə qazanan apenninlilər həlledici görüşdə Rusiya ilə üz-üzə gələcək. Hərəyə 1 dəfə qitə çempionu olan rəqiblər ikinci titulu üçün “savaşacaq”. Pireney təmsilçiləri – İspaniya ilə Portuqaliya isə 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.
Qeyd edək ki, AVRO-2014-ün həlledici matçlar fevralın 8-də keçiriləcək.
Futzal üzrə Avropa çempionatının final mərhələsi
Yarımfinal
6 fevral
Rusiya – İspaniya – 4:3
Portuqaliya – İtaliya – 3:4
Çempion AVRO-2014-lə vidalaşdı
07.02.2014 - 09:06
0
0