Çempionlar Liqası: Bütün cütlər müəyyənləşdi
09.07.2014 - 10:40
Çempionlar Liqası: Bütün cütlər müəyyənləşdi

Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütlərinin tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna başa çatan ilkin mərhələnin 3 qalibinin müəyyənləşməsi səbəb olub.

“Santa Koloma” (Andorra) “Makkabi”yə (Təl-Əviv, İsrail), “Levadiya” (Estoniya) “Sparta”ya (Çexiya) rəqib olubsa, “Torshavn” (Farer adaları) “Partizan”la (Serbiya) görüşəcək. Əvvəlki mərhələdən gələn hər 3 komanda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, digər 14 cüt əvvəldən məlum idi. Azərbaycan çempionu “Qarabağ” Malta təmsilçisi “Valletta” ilə görüşəcək.


II təsnifat mərhələsi (15-16 və 22-23 iyul)

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Slovaniya)
“Şerif” (Moldova) - “Sutyeska” (Monteneqro)
BATE (Belarus) - “Skenderbeu” (Albaniya)
“Dinamo” (Gürcüstan) - “Aktobe” (Qazaxıstan)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Santa Koloma” (Andorra)
“Sparta” (Çexiya) - “Levadiya” (Estoniya)
“Malmö” (İsveç) - “Ventspils” (Latviya)
“Slovan” (Slovakiya) - TNS (Uels)
“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)
“Kliftonvill” (Şimali İrlandiya) - “Debretsen” (Macarıstan)
“Partizan” (Serbiya) - “Torshavn” (Farer adaları)
“Valletta” (Malta) - “QARABAĞ” (AZƏRBAYCAN)
“Stromsqodset” (Norveç) - “Styaua” (Rumıniya)
“Legiya” (Polşa) - “Sent Patriks” (İrlandiya)
“Rabotniçki” (Makedoniya) - HİK (Finlandiya)
“Dinamo” (Xorvatiya) - “Jalgiris” (Litva)
“Ludoqorets” (Bolqarıstan) - “Düdelanj” (Lüksemburq)