PSJ-dən darmadağın, "Barselona" 2 qolla sevindi - YENİLƏNİB
19.02.2014 - 01:35
PSJ-dən darmadağın, "Barselona" 2 qolla sevindi - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında mübarizə bərpa olunub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində 1/8 final mərhələsinin oyunlarına start verilib.

 

İlk oyun günündə 2 görüş baş tutub. “Barselona” səfərdə “Mançester Siti”nin qonağı olub. İlk yarısı qolsuz başa çatan matçın taleyi ikinci hissədə həll olunub. Kataloniyalılar 53-cü dəqiqədə Lionel Messinin İfasında penalitidən önə keçib. Həmin penaltiyə səbəb olan “Mançester Siti”li Martin Demiçelis isə qırmızı vərəqə alaraq, meydandan qovulub. Oyunun qalan hisəsində 10 nəfərə qarşı mübarizə aparan Xerardo Martinonun yetirmələri 90-cı dəqiqədə Dani Alveslə hesabı artırıblar-0:2.  


Günün ikinci qarşılaşması da maraqlı alınıb. Səfərdə “Bayer”in (Leverkuzen) qonağı olan PSJ 4 qolla sevinib. Birinci hissəni 3 cavabsız qolla başa vuran parislilər, ikinci hissədə də azlıqda qalan rəqib qarşısında bir dəfə fərqlənə biliblər. 

 

 

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar 
 

18 fevral (çərşənbə axşamı)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2

QOL: Lionel Messi, 54 (pen.), Dani Alves, 90

Qırmızı vərəqə: Martin Demiçelis, 53 ("Mançester Siti")

 

"Bayer" (Almaniya) – PSJ (Fransa) - 0:4

QOL: Matuidi, 3, İbrahimoviç, 39 (pen.), 42, Kabaye, 88

Qırmızı vərəqə: Emir Spahiç, 59 ("Bayer")