UEFA prezidenti Mişel Platini Çempionlar Liqasının finalı zamanı yeni qaydalar tətbiq olunması üzərində düşündüyünü etiraf edib. Apasport.az saytının məlumatına görə, Platini sarı vərəqələrin çox olması səbəbindən bəzi futbolçuların finalda oynaya bilmədiklərini vurğulayıb.
Qeyd edək ki, bu il Çempionlar Liqasının finalında “Real Madrid”in futbolçusu Xabi Alonso oynaya bilməyəcək. UEFA prezidenti qeyd edib ki, final öncəsi sarı vərəqələrin ləğv edilməsi qaydası Avropa çempionatında tətbiq edilib: “Artıq biz Avropa çempionatının finalında ən güclü futbolçuları görə biləcəyik. İndi isə bu qaydanı Çempionlar Liqasında tətbiq etmək üzərində düşünürük”.