Cənubi amerikalı futbolçu rəsmən “İnter”i tərk etdi
30.08.2014 - 13:42
Cənubi amerikalı futbolçu rəsmən “İnter”i tərk etdi

“Qarabağ”ın Avroliqakı rəqiblərindən olan İtaliyanın “İnter” klubunu rəsmən bir futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, argentinalı mərkəz müdafiəçisi Matias Silvestre “Sampdoriya”da icarə əsasında oynayacaq.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm “İnter”in əzəli rəqibi “Milan”da da icarə əsasında çıxış etmişdi.