İngiltərə millisinin və “Liverpul”un kapitanı Stiven Cerard beynəlxalq futbol karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında bildirilir.
Cerard bu addımı atandan öncə xeyli düşündüyünü qeyd edib: “Amma bütün hallarda İngiltərə yığmasını tərk etmək barədə qərar qəbul etdim”.
34 yaşlı yarımmüdafiəçi milli komandada 2000-ci ildən çıxış etməyə başlayıb. O, bu günə qədər yığmanın heyətində 114 oyun keçirib və 21 qol vurub. Cerard 38 oyunda millini meydana kapitan sarğısında çıxarıb. O, millidə keçirdiyi oyunların sayına görə ancaq Devid Mekhem (115) və Piter Şildondan (125) geri qalır.