Cəzanın bir addımlığında
05.08.2015 - 15:33
Avrokubokların III təsnifat mərhələsinin cavab oyunları Azərbaycan klublarında çıxış edən 4 futbolçu üçün cəzalı duruma düşməklə nəticələnə bilər. Apasport.az saytının məlumatına görə, bu həftə meydana çıxacaq 3 komandamızın heyətində iki sarı vərəqəsi olan oyunçular 3-cü xəbərdarlığı almaq təhlükəsi ilə üzləşib.
“Qarabağ”ın heyətində belə futbolçu yoxdusa, “Qəbələ”də 3, “İnter”də 1 oyunçu cəzalı duruma düşə bilər. Bunlar əyalət klubunda Ürfan Abbasov, Rafael Santos, Cavid Hüseynov, bakılıların heyətində isə Zurab Xizanişvilidi.
0
0