Çezare Prandelli: Asan qrupa düşdüyümüzü deyə bilmərəm
23.02.2014 - 17:38
Çezare Prandelli: Asan qrupa düşdüyümüzü deyə bilmərəm

 

“Qrupumuzun asan olduğunu qətiyyən düşünmürəm. Deyərdim ki, əksinə çətindir”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.

 

Təcrübəli mütəxəssis AVRO-2016-nın püşkatması ilə bağlı fikirlərini açıqlayıb.

 

O bildirib ki,  hələ rəqiblər haqqında o qədər də məlumatlı deyil: “Əgər söhbət Norveçdən gedirsə, bu komanda haqqında çox şey bilmirəm. Məlumatları dünya çempionatından sonra əldə etməyə çalışacağıq. Çünki hazırda bütün diqqətimizi mundiala yönəltmişik. Ancaq onu bilirəm ki, qrupumuzda inkişafda olan komandalar var”.

 

Qeyd edək ki, millimiz H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta yığmaları ilə mübarizə aparacaq.