[b]Cibrill Sisse həbs edildi[/b]
13.10.2015 - 14:19
[b]Cibrill Sisse həbs edildi[/b]

Fransa polisi futbol üzrə ölkə yığmasının keçmiş hücumçusu Cibrill Sisseni həbs edib. APA-nın “Le Figaro” nəşrinə istinadən verdiyi xəbərə görə, o, hazırda "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.

 

Sisse ilə yanaşı, adları açıqlanmayan daha 3 nəfər həbs edilib. Onlar Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər.

 

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şantaj məsələsində Sissenin rolu az olduğuna görə, bu yaxınlarda o, sərbəst buraxılacaq.

 

Xatırladaq ki, Valbuena Sisse ilə birlikdə 2006-2009-cu illərdə "Marsel"in şərəfini qoruyublar.