Cihan Özkara: Məmnunuq
18.02.2014 - 17:59
Cihan Özkara: Məmnunuq

Türkiyə Superliqasının XXI turunun “Əskişəhərspor” – “Sivasspor” oyunundan sonra qonaq komandanın məşqçi heyəti və futbolçuları görüş haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, yığmamızın və “Sivasspor”un hücumçusu Cihan Özkara da səfər matçı haqqında danışıb.

 

O, 2:2 hesabı ilə başa çatan görüşdə heç-heçədən razı qaldıqlarını söyləyib: “Gözəl bir matç oldu. “Əskişəhərspor”la çətin səfər matçından 1 xal aldıq. Bunun üçün məmnunuq”.

 

Qeyd edək ki, Cihan Özkara bu matçın 90+4-cü dəqiqəsində Aydın Karabulutun əvəzinə meydana çıxıb.