Cihan Özkara yenə Sərgən Yalçına lazım olmadı
04.01.2015 - 18:02
Bu gün Türkiyə Superliqasında I dövrənin son - XVI turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” doğma publika önündə “Karabükspor”la münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada təmsilçimizin komandası 2:0 hesablı qələbə qazanıb. Baş məşqçi Sərgən Yalçın isə Cihanın adını yenə “18-liy”ə belə daxil etməyib.
Qeyd edək ki, “Sivasspor” hazırda 14 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
0
0