Cihan Özkaralı “Sivasspor” ilk qələbəsini qazandı
22.01.2014 - 20:41
Cihan Özkaralı “Sivasspor” ilk qələbəsini qazandı

Bu gün Türkiyə kubokunun qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” A qrupu çərçivəsində üçüncü matçına çıxıb.

 

“Yiğidolar” doğma azarkeşləri qarşısında “Akhisar BS”ni sınağa çəkib. İlk iki matçında da məğlub olan Roberto Karlosun komandası bu dəfə meydandan 2:1 hesablı qalibiyyətlə ayrılaraq 3 xal qazanıb.

 

Cihan isə oyunun 76-cı dəqiqəsində Aatif Şeyşunun əvəzinə meydana daxil olub və sona kimi mübarizə aparıb.