Bu gün Türkiyə kubokunun qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” A qrupu çərçivəsində 5-ci matçına çıxıb.
Roberto Karlosun yetirmələri doğma azarkeşləri qarşısında “Bursaspor”la üz-üzə gəliblər. Görüş qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu matçda start heyəti ilə meydana çıxan Özkara sona qədər mübarizə aparıb. O əvvəl 70-ci dəqiqədə sarı vərəqə alıb və az sonra “Sivasspor”un yeganə qoluna imza atıb. Ancaq Cihan Özkaranın mükəmməl qolu da "Sivasspor"un növbəti mərhələyə çıxmasına kömək olmayıb.
1.BURSASPOR 5 3 1 1 10
2.AKHİSAR BS 5 2 2 1 8
3.ƏSKİŞƏHƏRSPOR 5 2 1 2 7
4.SİVASSPOR 5 1 0 4 3