Çixradze: Çoxlu səhvlər buraxdıq
29.03.2014 - 18:25
Çixradze: Çoxlu səhvlər buraxdıq

“Oyuna pis başladıq. Çoxlu səhvlər buraxdıq, qapımızda ardıcıl iki qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb. Çixradze 1:2 hesablı məğlubiyyətin səbəbini də izah edib: “Rəqib ikinci hissəni azlıqda keçirsə də, oyunun əvvəlində buraxdığımız səhvlər ucbatından qalib gələ bilmədik. İkinci hissədə özümüzə gəldik, qollardan birinin əvəzini çıxdıq. Lakin ardını gətirə bilmədik. Hər bir futbolçu səhv edə bilər”.