Çixradze heyətdən şikayətləndi
14.02.2014 - 18:38
Çixradze heyətdən şikayətləndi
“Öz səhvlərim ucbatından uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Bu gün Topaz Premyer Liqasının XXI turunun açılış oyununda “İnter”ə 0:1 hesabı ilə uduzduqları matçın ardından mikrofonlar önünə keçən gürcüstanlı mütəxəssis fikirlərini bölüşüb. O, III dövrəyə ardıcıl 3 məğlubiyyətlə başlamağın komandası üçün üzücü olduğunu ifadə edib: “Əsas heyət üzvlərindən bir neçəsinin yoxluğu öz sözünü dedi. Qış fasiləsindən sonra nəticələrimiz ürəkaçan deyil. Ardıcıl 3 oyunda uduzmuşuq. Səhvləri analiz edib, nəticə çıxartmalıyıq.”