Con Terri ilə daha 1 il
06.02.2014 - 03:31
Con Terri ilə daha 1 il

“Çelsi” təcrübəli müdafiəçisi Con Terri ilə müqaviləni yeniləməyə hazırlaşır. Apasport.az-ın məlumatına görə, bu barədə İngiltərənin “Daily Mail” qəzeti xəbər yayıb.

 

Belə ki, London klubu 33 yaşlı futbolçusu ilə cari mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaqla bağlı razılığa gəlib. Bununla da, o, “mavilər”də 17-ci mövsümünü keçirmiş olacaq.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu 1995-ci ildə digər Premyer Liqa təmsilçisi “Vest Hem”dən “Çelsi”yə keçib.