Con Terri: Mənim günlərim sayılıb…
10.03.2014 - 21:58
Con Terri: Mənim günlərim sayılıb…

 

“Çelsi”nin müdafiəçisi Con Terri İngiltərə yığmasına qayıdacağını istisna edib. Apasport.az saytının məlumatına görə, millinin keçmiş kapitanı artıq gənclərin vaxtının çatdığını bildirib.

 

33 yaşlı müdafiəçi son vaxtlar o qədər etibarlı oyun nümayiş etdirir ki, bir çoxları onun Braziliyada keçiriləcək dünya çempionatına aparılmasının mümkünlüyündən danışmağa başlayıb. Amma Terri özü 2012-ci ilin sentyabrında tərk etdiyi milliyə bir daha qayıtmasının mümkün olmadığını deyib. Xatırladaq ki, Terri Anton Ferdinandın ünvanına irqçi sözlər söyləməkdə ittiham edildikdən sonra yığmanı tərk etmişdi.

 

“Mənim günlərim sayılıb və artıq ölkəmizin şərəfini Hari və digər gənclər qorumalıdırlar. Elə gəlir ki, Kexill hər keçən gün daha da yaxşı oynayır. O, havada özünü yaxşı hiss edir, oyunu tez və yaxşı başa düşür. O, “aristokratların” heyətində gözəl oyun nümayiş etdirir və İngiltərə yığması onunla irəliyə gedə bilər” - deyə, Terri fikrini bildirib: “Mənimlə yığma komandamız arasında isə bir çox şeylər baş verib. Mən öz ölkəmin heyətində çıxış etməyi sevirdim, həmişə bununla fəxr edirdim və iki dəfə kapitan olmuşam. Amma əfsuslar olsun ki, bəzi şeylər baş verdi və hər şey arxada qaldı”.