Con Terri Lempardı keçdi
17.01.2015 - 23:15
İngiltərə Premyer Liqasının XXII turu çərçivəsində səfərdə “Suonsi” ilə matç "Çelsi"nin müdafiəçisi Con Terri üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli kapitan London klubunun heyətində 649-cu görüşünü keçirib.
Bununla da 34 yaşlı futbolçu “zadəganlar”ın sabiq, “Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempardı keçməyi bacarıb.
Terri bu göstəricidə yalnız Ron Harris (795) və Piter Bonettidən (729) geri qalır.
Qeyd edək ki, “Çelsi” “Suonsi”ni səfərdə darmadağın edib – 1:5.
0
0