Çörək almaq üçün icarəyə helikopter götürdü
12.07.2015 - 14:03
Çörək almaq üçün icarəyə helikopter götürdü

“Bavariya”nın hücumçusu Robert Levandovski həyat yoldaşı ilə vətəni Polşanın Stanslevo kəndində istirahət edir. Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, polşalı hücumçu istirahət zamanı icarəyə götürdüyü helikopterlə diqqət mərkəzinə gəlib.

 

Belə ki, futbolçu və həyat yoldaşının istirahət etdiyi kəndlə ən yaxın mağaza arasındakı məsafə 30 kilometrdən çox olduğu üçün Levandovski ən zəruri ehtiyacları alıb gətirmək üçün icarəyə helikopter götürüb.

 

Bildirilir ki, hücumçu helikopterin hər 10 saatı üçün 5 min avro ödəyir.

 

Qeyd edək ki, Robert Levandovski “Bavariya”da illik təxminən 12 milyon avro qazanır.