Cüneyt Çakır “Qalatasaray”a görə cəzalanacaq
23.09.2015 - 21:01
Məşhur türkiyəli hakim Cüneyt Çakır cəzalanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb onun Türkiyə Superliqasının son turu çərçivəsində baş tutan “Trabzonspor” – “Qalatasaray” matçında ev sahiblərinin lehinə penalti təyin etməməsi olub.
Belə ki, epizodların birində top cərimə meydançası daxilində “Qalatasaray”ın müdafiəçisi Ceyson Denayerin əlinə dəysə də, tanınmış hakim bu vəziyyətdə oyunu davam etdirmişdi.
Türkiyə Futbol Federasiyası epizodu nəzərdən keçirərək qərarın düzgün olmadığına qərar verib. Çakıra 15 gün “istirahət” veriləcəyi gözlənilir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0