Topaz Premyer Liqasının XXXIV turunda “İnter” üzərində 4:1 hesablı qələbə qazanmaqla çempionluğu rəsmiləşdirən “Qarabağ”ın futbolçuları artıq istirahətə yollanırlar. Apasport.az xəbər verir ki, XXXV turun “Sumqayıt”la oyunundan əvvəl vətəninə yollanan Riçard Almeyda, Çumbinyo və Corc Leroydan sonra bu gün Reynaldo da Azərbaycanı tərk edib.
Son turda “Xəzər Lənkəran”la üz-üzə gələcək ağdamlılar məhz həmin qarşılaşmadan sonra çempionluq kubokuna qovuşacaqlar. Bu matçda isə adıçəkilən 4 futbolçunun heç biri iştirak etməyəcək. Çox güman ki, onlar yalnız komandanın təlim-məşq toplanışı zamanı heyətə qoşulacaqlar.