Daha bir futbolçu Çindən “qaçdı”
16.02.2016 - 19:47
Daha bir futbolçu Çindən “qaçdı”

Çinin Superliqa klublarından “Şanxay Şenxua” avstraliyalı futbolçu Tim Keyhillə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə Keyhill özü instaqram hesabında yazıb.

 

Futbolçu bildirib ki, klubla müqaviləsi qarşılıqlı razılaşmayla ləğv edilib. 36 yaşlı Keyhill futbolçu karyerasını davam etdirəcəyini də bildirib.

 

Avstraliyalı futbolçu daha çox 2004-20012-ci illər aralığında formasını geydiyi “Everton”dakı çıxışı ilə məşhurlaşıb. O, Avstraliya millisində 88 oyunda meydana çıxaraq 45 qol vurub.

 

Qeyd edək ki, transfer bazarında olduqca aktiv olan Çin klubları bir çox tanınmış oyunçunu heyətlərinə cəlb ediblər.

 

Bununla bərabər daha əvvəl karyerasını uzaq şərqdə davam etdirən Robinya vətəninə dönməyə qərar vermişdi. Keyhill bu baxımdan ikinci belə futbolçudu.