Daha bir hücumçu sıradan çıxdı
16.04.2015 - 19:07
“Suonsi Siti”nin forvardı Bafetimbi Qomisin ciddi zədə aldığı məlum olub. Apasport.az saytının məlumatına görə, fransız hücumçu dizindəki problem səbəbindən, 3 həftə komandasına kömək edə bilməyəcək.
Klubun yaydığı açıqlamada futbolçunun İngiltərə Premyer Liqasının “Everton”la baş tutan qarşılaşmasında meydanı vaxtından əvvəl tərk etdikdən sonra zədəsinin daha da kəskinləşdiyi bildirilib.
Qeyd edək ki, Vilfred Boninin “Mançester Siti”yə transferinin ardından “Suonsi Siti”nin əsas qol silahı məhz Qomis sayılır.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0